hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Türkiyədə yoluxmaya səbəb rusiyalı turistlər imiş

Türkiyədə yoluxmaya səbəb rusiyalı turistlər imiş

Türkiyə İnfeksion Xəstələr Assosiasiyasının rəhbəri Mehmet Ceyhan ölkədə COVID-19-un yayılmasının əsas səbəbkarının rusiyalı turistlər olduğunu bildirib.

Cebhe.info xəbər verir ki, o, rusiyalı turistlər üçün sanitar tələblərin artırılmasını istəyib.

Ceyhanın qiymətləndirməsinə görə, hazırda Türkiyədə 100 min aktiv xəstə var.

Professorun fikrincə, ölkə əhalisi peyvəndlənir, ancaq o, əhalini maska taxmağa, qaydalara əməl etməyə, sosial məsafəni gözləməyə çağırıb.

Eyni zamanda, rusiyalı turistlərə qarşı daha sərt qaydaların tətbiqini istəyib.

Ancaq bu qaydaların nədən ibarət olmasına aydınlıq gtirməyib.

"Əks təqdirdə, yoluxmadakı artımın qarşısını almaq mümkün olmayacaq",-deyə o bildirib. Xəzər Cebhe.info


Oxunma sayı: 1057