hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Türkiyədən koronavirusla bağlı sevindirici XƏBƏR

Türkiyədən koronavirusla bağlı sevindirici XƏBƏR

Yeni növ koronavirus dünyanı öz cənginə alarkən elm insanları da bu virusun qarşısını almaq üçün araşdırmalar aparır.

Cebhe.info xəbər verir ki, bu mövzuda sevidirici bir xəbər də Ankara Universitetindən gəlib.

Ankara Universiteti Baytarlıq Fakültəsinin Viroloji şöbəsinin müdiri və bu universitetin Biotexnologiya İnstitutunun direktoru Aykut Özkul, koronavirusa qarşı sistem, peyvənd
və dərman istehsalı ilə ilk addım olaraq SARS-COV-2 virusunun izolyasiyasına nail olduqlarını açıqlayıb.

Buna görə də Türk Baytarlıq Həkimlər Birliyindən tərəfindən professor Aykut Özkul üçün təbrik və təşəkkür mesajı paylaşılıb.

Türk Baytarlıq Həkimlər Birliyi Mərkəzi Şurası açıqlamasında “Hörmətli professorumuzu və komandasını son dərəcə vacib və sevindirici işinə görə təbrik edir və təşəkkürümüzü bildiririk. Ona gələcəkdə uğurlar diləyirik”, - deyə vurğulayıb.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 25719