hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Türkiyəli deputatdan Xocalı HARAYI - FOTO

Türkiyəli deputatdan Xocalı HARAYI - FOTO

Türkiyədə müxalifətdə olan İyi Partiyanın İstanbul üzrə millət vəkili Ümid Özdağ özünün "twitter" hesabında ermənilərin 29 il bundan öncə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı ilə bağlı paylaşım edib.

"Ermənilər 29 il bundan öncə Dağlıq Qarabağ bölgəsində Xocalı qəsəbəsində qadın, uşaq, yaşlı demədən minlərlə soydaşımızı qətlə yetirib. Qətlə yetirilən soydaşlarımızı rəhmət və dua ilə yad edirik", - deyə Özdağ qeyd edib.

Aydın
Cebhe.info


Oxunma sayı: 1266