hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Türkiyəli hərbçilər minaya düşdü: 4 şəhid, 7 yaralı

Türkiyəli hərbçilər minaya düşdü: 4 şəhid, 7 yaralı

Bir qrup türk hərbçisi Suriyanın şimal-şərqində minaya düşüb.

Cebhe.info-nun məlumatına görə, faciə Hasake əyalətində baş verib.

Bu barədə yerli mənbələr açıqlama yayıb.

Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq mərkəzi bildirib ki, hadisə aprelin 7-də gecə vaxtı adıçəkilən əyalətin Təl-Tamr şəhərindən şimal-qərbdə yerləşən Kaşkə və Əl-Rayhaniyə kəndləri arasındakı ərazidə qeydə alınıb.

Yaxınlıqda Türkiyə Ordusunun dayaq məntəqəsinin yerləşdiyi xəbər verilir.

İlk partlayışın olduğu qəza yerini yoxlamağa gələn başqa bir Türkiyə hərbi heyəti də minaya düşüb. SİHMT-nin məlumatına görə, hər iki partlayış nəticəsində dörd türk əsgəri həlak olub, yeddi nəfər yaralanıb.

Londondakı mərkəzdən bildirilib ki, bəzi hərbi qulluqçuların ağır yaralandığını nəzərə alınarsa, ölənlərin sayının artacağı gözlənilir.

Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın Təl-Tamra bölgəsindəki hücumla bağlı mətbuatda yayılan xəbərlərə hələ münasibət bildirməyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 419