hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyəli reper "Yak" adlı yeni mahnısını təqdim edib

Türkiyəli reper "Yak" adlı yeni mahnısını təqdim edib

Məşhur türkiyəli reper, daha çox “Ceza” ləqəbi ilə tanınan Bilgin Özçalkan "Yak" adlı yeni mahnısında Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın sözlərindən istifadə edib.

Cebhe.info xəbər verir ki, mahnıda Səhiyyə nazirinin ən çox istifadə etdiyi söz olan "mənə yaxınlaşmayın" ifadəsi diqqət çəkib.

Koronavirus sosial məsafə qaydalarından bəhs edilən mahnıda reper Cəza "Daşlaşmayın, əllə görüşməyin və sevilməyəndən xoşunuz gəlməsin. Ya da eyni Səhiyyə nazirimin dediyi kimi "mənə yaxınlaşmayın" ifadələrini səsləndirib.

Məşhur reper Cəzanın özü kimi replə məşğul olan qardaşı Aybən Fəxrəddin Qocanın "Əl öpdürməyək, əl öpməyək. Qaydalara əməl etmək üçün böyük-kiçik əlimizdən gələni edək" ifadələrini yazdığı sosial media paylaşımından təsirlənərək "Yak" adlı mahnın sözlərini yazıb.

Qeyd edək ki, Fəxrəddin Qoca mətbuat konfransında ona yaxınlaşan əməkdaşa "mənə yaxınlaşmayın" demişdi. Səhiyyə nazirinin bu sözü sosial şəbəkə istifadəçiləri tərəfindən bir neçə dəfə istifadə edilmişdi.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1233