hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyənin göndərdiyi tibbi ləvazimat Daşkəndə çatıb

Türkiyənin göndərdiyi tibbi ləvazimat Daşkəndə çatıb

Türkiyənin yeni növ koronavirusla (COVID-19) mübarizə üçün yardım tədarükünü daşıyan təyyarə Özbəkistanın paytaxtı Daşkənd şəhərinə çatıb.

Cebhe.info xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən 12,5 ton ağırlığında xüsusi tibbi geyimdən ibarət yardım materialı Ankarada yerləşən “Etimesgut” hərbi hava limanından “A400M” tipli yük təyyarəsinə yerləşdirilərək yola düşüb və Daşkəndə çatıb.

Xatırladaq ki, Türkiyə daha əvvəl İtaliya, İspaniya, Şimali Makedoniya, Çernoqoriya, Serbiya, Bosniya və Herseqovina və Kosovaya, İrana və başqa ölkələrə də tibbi yardım göndərmişdi.

Əhməd
Cebhe.info


Oxunma sayı: 661