hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyənin yeni tankına əfsanəvi atın adı verildi

Türkiyənin yeni tankına əfsanəvi atın adı verildi

Türkiyə müdafiə sənayesinin istehsalı olan yeni zirehli texnika yaxın vaxtlarda istifadəyə veriləcək.

Cebhe.info-nun məlumatına görə, sınaqdan keçirilmiş zirehli texnika özündə bir neçə keyfiyyətləri cəmləşdirib.

Qırğızların “Manas” dastanında igidləri qoruyan qanadlı atın adı verildiyi “Tulpar” yüngül tank hesab olunur.

O, həmçinin döyüş heyəti daşıyan zirehli transportyor, kəşfiyyat, komandanlıq, hava hücumundan müdafiə, texniki xidmət və xilasetmə, minaatan, təcili yardım funksiyaları ilə də təmin edilib. “Tulpar” tanklarında 7,62 və 120 millimetrlik hava insanlı və insansız silah sistemləri də var.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1684

Bizim Telegram səhifəmizi izləyin