hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Türkün müqəddəs ocağı: Bu gün od çərşənbəsidir

Türkün müqəddəs ocağı: Bu gün od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Od çərşənbəsi Novruzun ikinci çərşənbədir.

Od çox qədim zamanlarda türk inancında özünə yer eidb, müqəddəslik rəmzi olu. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Adlı çərşənbə" də deyirlər.

Bu çərşənbə insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün azar-bezarı yandırırlar.

Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər.

Çərşənbəniz mübarək!

Cebhe.info


Oxunma sayı: 1552