hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

"Twitter"-in işində ciddi problem yarandı

"Twitter"-in işində ciddi problem yarandı

Bütün dünyada istifadəçilər Twitter mikrobloq şəbəkəsinin işində problem yarandığından şikayət edirlər.

Virtualaz.org "Downdetector"a istinadən bildirir ki, Bakı vaxtı ilə saat 22.30-dan başlayaraq, sosial şəbəkənin nə web-versiyası, nə də smartfon üçün olan proqramları normal çalışır. Bir çox hallarda "Twitter" sadəcə olaraq, açılmır.

Nasazlıqlar ABŞ-da, Yaponiyada, Qərbi Avropada, Cənubi Amerikada və Rusiyada müşahidə olunur.

Nasazlıqların səbəbi hələlik məlum deyil.

Şirkət problemin olduğunu etiraf edib və əlavə məlumat verəcəyini bildirib.

Cebhe.info


Oxunma sayı: 881