hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Uçan taksi ilə kim getmək istəyir? - Biletlər satışda

Uçan taksi ilə kim getmək istəyir? - Biletlər satışda

Keçən il təqdimatı edilən uçan taksi ilə artıq səyahət etmək mümkün olacaq.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, Almaniya şirkəti “Volocopter” tərəfindən istehsal edilən nəqliyyat vasitəsi üçün lazımi icazə alındıqdan sonra şəhər ərazilərində hava taksi xidmətləri göstəriləcək. Təxminən 15 dəqiqə çəkəcək bir səyahət üçün 300 avro qiymət təyin edilib. “Volocopter” şirkəti hər bir sərnişinə səyahətlərinin videoyazısı ilə birlikdə fərdi sertifikat verəcək.

Şirkət elektrik təyyarəsinin ilk biletlərini artıq satışa çıxarıb. Qara və ağ dizaynı ilə seçilən və iki sərnişin tutumuna sahib olan “VoloCity” adlı uçan taksi keçən ilin sentyabr ayında Helsinki Hava Limanında sınaqdan keçirilib.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1662