hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Uçan taksilər sınaqdan keçirildi - VİDEO

Uçan taksilər sınaqdan keçirildi - VİDEO

Almaniyada uçan taksilər sınaqdan keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Travel and Leisure" yazır.

Saatda 120 kilometr sürətlə uçan bu taksilər dörd sərnişini 100 kilomet məsafəyə qədər daşıya bilər.

"CityAirbus" taksiləri uzaqdan idarə olunur və elektrik enerjisi ilə işləyir.

Yeniliyi hazırlayanlar ümid edirlər ki, yaxın gələcəkdə bu nəqliyyat vasitəsi şəhərlərdə istifadə olunacaq və tıxacları "aşmağa" yardım edəcək.

Taksinin hər biri dörd propellerlə təchiz olunub. Sürücüyə ehtiyacı yoxdur. Sosial məsafənin qorunması aktual olan dövrdə bu, yerüstü taksilərlə müqayisədə bir üstünlükdür.

Uçan taksilərin daha bir üstünlükləri isə səssiz olmalarıdır.

Maşınlar ilk uçuşu Almaniyada edərək, sınaqdan uğurla keçiblər. Onların nə zaman kütləvi istifadəyə veriləcəyi hələlik məlum deyil.

Cebhe.info


Oxunma sayı: 2971