Ucarda marketdən oğurluq edənlər saxlanıldı

Ucarda marketdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-dən 26-dək olan müddətdə Bərguşad kəndi ərazisindəki marketlərin birindən 385 manat, 10 min rubl və 100 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakinləri K.Mənsimov və H.Həşimov saxlanılıblar.
Cebhe.info
Oxunma sayı: 1277
Bizim Telegram səhifəmizi izləyin