hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Ucarlı bacılara ünvanlı sosial yardım veriləcək - Nazirlikdən AÇIQLAMA

Ucarlı bacılara ünvanlı sosial yardım veriləcək - Nazirlikdən AÇIQLAMA

Ucar rayonunun Bərgüşad kəndində yaşlı üç bacıdan -Fatma, Rəfiqə və Xədicə Novruzovalardan ibarət ailənin çətin maddi durumda yaşaması barədə sosial mediada məlumat yayılmışdı. 

Cebhe.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblının sözlərinə görə, nazirliyin əməkdaşları həmin ailənin yaşadığı ünvana gedərək onların vəziyyəti ilə yerindəcə tanış olublar: 

“Ailənin maddi vəziyyəti nəzərə alınmaqla ünvanlı sosial yardım proqramına cəlb olunması üçün elektron müraciət etməsinə texniki köməklik göstəriləçək. Həmçinin ailənin özünməşğulluğuna köməklik göstərilməsi üçün müvafiq işlərin görülməsi də nəzərdə tutulur. Ailə üzvü, 2-ci qrup əlilliyi olan X.Novruzova səhhətində müəyyən ağırlaşmaların olduğunu bildirib. Bununla əlaqədar ona əlillik qrupunun 1-ci qrupa dəyişdirilməsi məqsədilə müvafiq göndərişin elektron sistemə daxil edilməsi üçün səhiyyə müəssisəsinə müraciət etməsi tövsiyə olunub və bu barədə aidiyyəti izahat verilib”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2665