hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

UEFA Region kubokunun püşkü atıldı

UEFA Region kubokunun püşkü atıldı

UEFA Region kuboku turnirinin 2020/2021-ci il mövsümünün püşkü atılıb.

Cebhe.info AFFA-ya istinadən xəbər verir ki, A qrupunda yer alan təmsilçimiz ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq. Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək. Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

Qeyd edək ki, ölkəmizi bu turnirdə Region Liqasının 2018/2019-cu il mövsümünün qalibi olmuş “Uğur” (Sumqayıt) komandası təmsil edəcək.

Cebhe.info


Oxunma sayı: 518