UEFA Ukrayna millisinə texniki məğlubiyyət verib

Millətlər Liqasının VI turunun baş tutmayan İsveçrə - Ukrayna oyununun taleyinə aydınlıq gəlib.
Cebhe.info xəbər verir ki, qonaq komandanın heyətində koronavirusa yoluxan futbolçuların olması üzündən matçın keçirilməməsi UEFA-nın Nəzarət, Etika və İntizam orqanında müzakirə olunub.
Qərara alınıb ki, noyabrın 17-də keçirilməli planlaşdırılan matçın baş tutmamasının məsuliyyəti Ukraynanın üzərinə düşür. Bu səbəbdən də Ukrayna millisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bu nəticə A liqasının 4-cü qrupunun yekun cədvəlinə təsir edib. Sonuncu pilləyə yuvarlanan Ukrayna B liqasına düşüb.
Cebhe.info
Oxunma sayı: 1376
Bizim Telegram səhifəmizi izləyin