hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Uğura aparan ilk addım - UĞURSUZLUQ

Uğura aparan ilk addım - UĞURSUZLUQ

Dünyada hər hansı bir sahədə ən uğurlu insanlar bilirsiniz kimlərdir? 

Onlar sahələrində ən çox uğursuz olanlardır. Ən çox sınayanlar, ən çox xəta edənlərdir. Doğularkən heç bir sahədə istedadlı və ya heç bir sahəyə meyilli doğulmuruq. Sevərək etdiyimiz hər şeyi sonradan öyrənirik. İstedadlarımızın hamısını təcrübə ilə həyata keçiririk. Doğuşdan gələn özəlliklərimiz çox kiçik fərqlər yaradır. Dünyada bütün sahələrdə - idmanda, elmdə, işdə, texnologiyada ən çox uğur qzanan insanlar sahələri üzrə ən çox işləyən insanlardır. 

Mikelanjelo deyir: 

"Nə qədər çox çalışdığımı bilsəydiniz, etdiklərim sizə o qədər möcüzəvi gəlməzdi". 

Yəni istedadlı adamların arxa planda nə qədər çalışdığını bilsəniz, "bu qədərini mən çalışsam, mən də edə bilərəm" deyərsiniz. Nə qədər çalışdıqlarını görməməyimizin səbəbi də Sizə uğurun səhv öyrədilmiş olmasıdır. Bu insanların özəl və daha uğurlu olmasını fikirləşirsiniz. Bəzi şeylər istisna olmaqla, hər hansı bir sahədə bir adamın istedadlı olmasının tək səbəbi var. O sahə üzrə Sizdən daha çox çalışmış, daha çox sınamış, dolayısıyla daha çox xəta etmiş olmasıdır. Müəyyən bir səviyyəyə gələn heç kimsə bunu asan bir şəkildə əldə edə bilməz. İş adamı, futbolçu, rəssam doğuşdan bacarıqlı və ya Sizdən üstün olaraq başlamaz. Bu uğurların arxasında böyük bir çalışma və xəta edib öyrənmə dövrü var. Məsələn, sıfırdan işini quran bir biznesmenin Sizdən daha zəngin olması Sizdən daha şanslı və ya daha ağıllı oldumasına bağlı deyil. Sadəcə, Sizdən daha çox çalışdığı və daha çox səhv edib bu səhvlərini öyrəndiyi üçündür. Eyni şəkildə bir rəssamın sizdən daha yaxşı bir şəkil çəkməsi Sizdən daha bacarıqlı doğulduğu üçün deyil. Siz rəsm çəkməyi həyatınızda bəlkə 100 dəfə sınamışkən, bir rəssam 100 sınamağı yarım günə edər. Və həyatında onminlərcə səhv buraxar. Bu səhvləri öyrəndiyi üçün də bu mövzuda bizlərdən daha çox bacarıqlıdır. Uğuru anında gözləmək və asan gəlmədikdə buraxıb pes etmək, həyat boyu uğursuz olmağa səbəb olacaq böyük bir xətadır. Yeni bir sahədə irəliləyən biri buna istedadlı şəkildə başlamaz. Sizin yaşadığınız şeylərin eynisini yaşayar. Siz çətin bir şeylə qarşılaşdığınızda nə hiss edirsəniz, dünyadakı hər bir insan eyni şeyi hiss edir. Tək fərq isə kimin təslim olması, kimin isə çalışmaya davam etməsidir. İndiyə qədər hər hansı bir mövzuda istedadlı deyilsinizsə, bunun tək səbəbi var. 

Bu da digərləri qədər çalışmamağınızdır. Buna görə də uğurun çalışmaqdan gəldiyini bilməlisiniz. “Uğur qazanan insanlar şanslı və ya məndən üstündür” demək yerinə “məndən daha çox çalışıb” deməniz daha doğru addım olacaq. İlk addımını atan bir körpə yerə düşər, qələmi ilk əlinə alan bir şagird düzgün bir şəkildə tutmaz. Ancaq çox insan bu öyrənmə dövrünü uşaq yaşlarında bitdiyini zənn edir. Velosiped sürməyi 4-5 gündə öyrənmədikdə, vaz keçdiyinizi düşünə bilməzsiniz. Ancaq uğura gedən yolda çox insan bunu edər. Yəni bu öyrənmə dövründə anında nəticə gözlədiyi üçün pes edər ya da heç başlamaz. Uğurun tək yolu əzmli olmaq və çox çalışmaqdır. Çox çalışmaq sınamaq, səhv etmək, öyrənmək deməkdir, anından uğurdan uğura qaçmaq demək deyil. Bir şey sınayıb səhv etsəniz və ya uğursuz olursa nə olur bilirsiniz? Heç nə. Bəli, heç nə olmaz. Ən pis ehtimalla öyrənəcək və sonrakı sınağınızda o xətanı başa düşəcəksiniz. Dünyada heç kim uğuru başqa bir şəkildə əldə etməyib. Ona görə də heç bir uğursuzluqdan sonra pes etməyin, çox tez və asan nəticə gözləməyin. Bütün istedadlı, uğurlu insanların sizinlə eyni mərhələdən keçdiyi və təəccüblənəcək qədər çox çalışdıqları üçün o səviyyədə olduqlarının fərqinə varın. 

Elgün Calalzadə
Cebhe.info


Oxunma sayı: 11540