hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Ukrayna Krım tatarı haqqında filmi “Oskar”a namizəd göstərdi

Ukrayna Krım tatarı haqqında filmi “Oskar”a namizəd göstərdi

Ukraynanın “Oskar” komitəsi Nəriman Əliyevin Krım tatarının hekayəsini əks etdirən “Dodomu” ekran əsərini nüfuzlu mükafata namizəd göstərib. Bu barədə məlumat komitənin Facebook səhifəsində yer alıb.

“İzvestiya” qəzetinə istinadla xəbər verilir ki, bu ekran əsəri 2019-cu ildə Ukraynada filmlərin seçilməsində iştirak edən yeganə namizəddir. Bundan əvvəl “Dodomu” filmi X Beynəlxalq Odessa Kinofestivalının baş mükafatına layiq görülüb. Həmçinin, bu ekran əsərini Kann kinofestivalında da nümayiş etdiriblər.

Kinolentin “Xarici dildə ən yaxşı film” nominasiyasında iştirak etməyə iddia edəcəyi bildirilir. “Oskar” mükafatına namizədlərin yekun siyahısı 2020-ci il yanvarın 13-də elan ediləcək, təqdimat mərasimi isə həmin il fevralın 9-da Los-Ancelesdə keçiriləcək.

Filmdə baş rolları Ahtem Seyidblayev və Rəmzi Bilalov ifa ediblər. Bu ekran əsərinin Ukraynada premyerasının isə noyabrın 7-də keçirilməsi nəzərdə tutulur.

Cebhe.info


Oxunma sayı: 837