hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ukrayna Rusiya ilə sazişdən çıxdı

Ukrayna Rusiya ilə sazişdən çıxdı

Ukrayna Rusiya ilə terrorizmə qarşı mübarizədə dövlətlərin əməkdaşlığına dair memorandumu ləğv edib.

Cebhe.info-nun məlumatına görə, müvafiq qətnamə hökumət tərəfindən təsdiqlənib.

Nazirlər Kabineti hesab edir ki, memorandumdan imtina edilməsi Ukraynanın milli maraqlarının qorunması üçün əlavə hüquqi və siyasi əsaslar yaradacaq. Moskva ilə Kiyev memorandumu 2012-ci ildə Yaltada imzalayıb. Sənəd terror təşkilatları haqqında məlumat mübadiləsi, terror aktlarının qarşısını almaq və araşdırmaq üçün tədbirlərin görülməsi sahəsində əməkdaşlığın təmin edilməsini nəzərdə tutur.

Sənədin müddəalarının həyata keçirilməsinin əlaqələndirilməsi Ukrayna Təhlükəsizlik Xidmətinə və Rusiya Federal Təhlükəsizlik Xidmətinə həvalə edilib.

Ukrayna hakimiyyətinin qərarını Rusiya xarici işlər naziri Sergey Lavrov şərh edib.

“Onlar bir çox sənədlərdən çıxırlar. Bu onların hüququdur. Müəyyən məsələlər üzrə əməkdaşlığa xitam vermə qərarını necə təyin etdikləri də onların hüququdur. Ancaq bizə bir şey aydındır: terrorizmə qarşı mübarizə geosiyasi oyunların qurbanı və girovu olmamalıdır. Ukrayna rəhbərliyi isə dəqiq geosiyasi oyunlarla məşğuldur”, - Lavrov belə deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1090