hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Ukrayna Rusiyanın AŞPA üzvlüyünə bərpasını əngəlləyə də bilər...

Ukrayna Rusiyanın AŞPA üzvlüyünə bərpasını əngəlləyə də bilər...

“Rusiya AŞPA-ya qayıdır. Avropa Şurasının Parlament Asambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin təşkilatın işində iştirak etməsinə imkan verən qətnaməni səs çoxluğu ilə qəbul edib.

Cebhe.info xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib:

“Rusiya nümayəndə heyətinin qayıtmasına asambleyanın işində iştirak edən 190 deputatdan 118-i səs verib. Daha 62 nəfər qətnamənin əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb. Eyni zamanda nümayəndə heyətinin səlahiyyətləri üzrə məsələ açıq qalır. Rusiya parlamentariləri artıq bu gündən (iyunun 25-dən) Asambleyanın iclaslarında iştirak etməyə başlayıb. Ukrayna isə bu "sürpriz" hadisəyə olduqca kəskin reaksiya verib.

Deməli, 3 il əvvəl AŞPA-nın Rusiyanı "cəzalandırmaq" taktikası özünü doğrultmayıb. Rusiya nə Krımdan geri çəkilib, nə də ki, aqressiv siyasətindən əl çəkib. Əksinə AŞPA özü geri çəkilməli olub və Rusiyanı yenidən öz sıralarında görməyə qərar verib. AŞPA-nın ukraynalı və gürcü deputatları isə bu qərarı panika ilə qarşılayıb və qərara sərt reaksiya veriblər. Ukraynanın Avstriyadakı səfiri Oleksandr Şerba isə bu hadisə ilə bağlı paylaşdığı "tvit"ində yazıb ki, “Rusiya Krıma girdiyi kimi, yuvarlanaraq AŞPA-ya da girməyi planlaşdırır – o, cəzasız qalır, təkəbbürlü davranır, dirəniş görmür. 

Ukraynanın keçmiş Baş naziri Arseni Yasenyuk da olaya münasibət bildirib və deyib ki, bu rüsvayçılıdır və Ukrayna bu rüsvayçı hadisəyə görə AŞPA-nı boykot etməlidir. Ukraynanın bu cür sərt təpkisindən sonra ola bilsin ki, Rusiya səlahiyyətlərsiz üzv kimi AŞPA-nın üzvlüyünə bərpa edilsin. Hər halda, bu barədə qəti qərar yəqin ki, sabah (çərşənbə günü) veriləcək.

Başqa sözlə desək, AŞPA yenidən Ukrayna və Rusiyanın geopolitik savaş meydançalarından birinə çevrilməkdədir. Amma Ukraynanın bu savaşı uduzmaq ehtimalı da çox güclüdür. Çünki Ukrayna özünü AŞPA rəhbərliyi və Avropa liderləri tərəfindən xəyanətə uğramış kimi hiss edir. 

AŞPA-nın sözügedən qərarı sıradan bir qərar deyil. Rusiyanın AŞPA üzvlüyünə bərpası beynəlxalq münasibətlərin hazırki durumuna da çox ciddi təsir göstərə bilər. Odur ki, Ukraynanın AŞPA-nın məlum qərarına sərt reaksiyasını başa düşmək olar. Amma Ukrayna sonuna qədər dirəniş göstərə bilsə, zənnimizcə, Rusiyanın AŞPA üzvlüyünə bərpasını əngəlləyə də bilər”. 

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 870