hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Ukrayna Türkiyədən pilotsuz uçan aparatlar alıb

Ukrayna Türkiyədən pilotsuz uçan aparatlar alıb

“Ukrayna Türkiyədən “Bayraktar TB2” pilotsuz uçan aparatlar (PUA) alıb. Tezliklə onların sınaqlarına başlanılacaq”.

Cebhe.info xəbər verir ki, bunu ölkə prezidenti Petro Poroşenko deyib.

“Türkiyədə istehsal olunan PUA-ların 12 saatlıq müşahidə qabiliyyəti var və yüksək səviyyədə basqın həyata keçirə bilir. Müasir “Bayraktar TB 2” pilotsuz uçan aparatlar artıq Ukraynadadır.

Bu yeni zərbə dronları operativ taktiki səviyyədə olmaqla yanaşı, müasir, yüksək dəqiqliyə malik raketlərlə təchiz oluna bilər. “BayraktarTB2” zirehli maşınları, dəniz hədəflərini, hərbi mühəndis qurğularını məhv edəcək gücə malikdir”.

Əhməd
Cebhe.info


Oxunma sayı: 2204