hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Ukraynada andiçmə oyunu: Səfirlər prezidentə “kreslonu boşalt” dedi 

Ukraynada andiçmə oyunu: Səfirlər prezidentə “kreslonu boşalt” dedi 

Ukrayna Prezidenti Petro Poroşenko “Böyük yeddilik" ölkələrinin səfirləri ilə görüşüb. 

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, görüşdə səfirlər Poroşenkonu prezident kürsüsünü boşaltmağa çağırıblar. Səfirlərin fikrincə, Ukrayna bu vasitə ilə islahatlar yolu ilə getmək imkanı qazanacaq.

Xatırladaq ki, hələlik Vladimir Zelenskinin andiçmə mərasiminin nə zaman keçiriləcəyi dəqiq məlum deyil. Bunun üçün 6 tarix verilib: 17, 19, 20, 26 və 28 may, eləcə də 1 iyun. Bu tarix oyunu isə Zelenskinin parlamenti buraxmasına mane olmaq məqsədi daşıyır. Çünki əgər andiçmə mərasimi son 2 gündə keçirilsə, Zelenskinin parlamenti buraxmaq və yeni seçki təyin etmək imkanı olmayacaq.

Bu isə Zelenskinin planlarına daxil deyil. Buna görə də o, 19 may tarixində israr edir. Ümumiyyətlə isə düşünür ki, Ali Rada onu aldadıb. Spikerlərdən biri Andrey Parubiy tarixin 14 mayda müəyyən ediləcəyini bildirsə də, sözünün üstündə dayanmayıb.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 2960