hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Ukraynada gözlənilməz İSTEFA - Yeni seçki olacaq

Ukraynada gözlənilməz İSTEFA - Yeni seçki olacaq

Kiyev böyük şəhər bələdiyyəsinə növbədənkənar seçkilər keçiriləcək. 

Cebhe.info-nun məlumatına görə, bu açıqlamanı Ukrayna Ali Radasının hakim “Xalqın Xidmətçisi” Partiyasından deputatı Aleksandr Tkaçenko verib. Bu gün Kiyev Şəhər Şurası bir daha öz iclasına toplaşmadı. Bu, Kiyev hakimiyyətinin həqiqi acizliyini və bir tərəfdən də bələdiyyə başçısının şəhəri idarə etməyə qadir olmadığını göstərir. Ona görə də biz növbədənkənar mer və Kiyev Şurasına seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürürük. Kiyevlilər şəhər hakimiyyətinin yenidən qurulmasını çoxdan istəyirdi” - Tkaçenko belə deyib. 

Seçkilərin yaxın günlərdə parlamentdə səsverməyə təqdim olunacaq “Paytaxt Haqqında” qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, paytaxt meri Vitali Kliçko kürsüdən VIII çağırış Kiyev Şəhər Şurasının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar fraksiya və qrupların rəhbərləri ilə məsləhətləşmələrin başladığını elan edib. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 639