hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ukraynada qanunsuz yaşayan azərbaycanlılar tutuldu

Ukraynada qanunsuz yaşayan azərbaycanlılar tutuldu

Ukraynanın paytaxtı Kiyevdə polislər miqrasiya qanunlarını pozan əcnəbiləri ifşa ediblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kiyev Milli Polis Baş İdarəsinin mətbuat xidməti “Facebook”da məlumat yayıb.

“Ukraynanın miqrasiya qanunvericiliyinin tələblərinə uyğunluğun yoxlanılması çərçivəsində 51 nəfər qanunu pozan xarici vətəndaş və vətəndaşlığı olmayan şəxslər polis tərəfindən müəyyən edilib”, - deyə məlumatda bildirilir.

Əcnəbilər arasında Azərbaycan, Tacikistan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Əlcəzair, Tunis, Liviya və Moldova vətəndaşları var.

Açıqlamaya görə, 16 xarici ölkə vətandaşı ilə bağlı protokol tərtib edilib.

Doqquz vətəndaşın ölkələrinə qayıtmaları, yeddi şəxsin Ukraynada müvəqqəti qalma müddətinin azaldılması, 10 xarici vətəndaşın isə Çerniqovski vilayətində əcnəbilərin müvəqqəti sığınacağına yerləşdirilməsi barədə qərar qəbul edilib.

Cebhe.info


Oxunma sayı: 1057