hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ümrə ziyarəti başlayır: Zəvvarlara yol göründü

Ümrə ziyarəti başlayır: Zəvvarlara yol göründü

Səudiyyə Ərəbistanı höküməti 6 aydır təxirə salınan ümrə ziyarətlərinin oktyabrın 4-dən etibarən mərhələli şəkildə bərpa edəcək.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi yayıb.

Məlumatda bildirilib ki, oktyabrın 4-dən ölkədaxili ümrə ziyarətləri üçün Məscidül-Həramın tutumunun 30 %-i (gündəlik 6 min nəfər) açılacaq. Oktyabrın 18-dən isə Məscidül-Həram və Məscidül-Nəbidəki Ravzayi Şərifin 75 % tutumla ölkə içindən gələn ziyarətçiləri qəbul edə biləcək. Ancaq epidemioloji vəziyyət daim nəzarət altında saxlanacaq və buna uyğun qərarlara yenidən baxıla bilər.

Noyabrın 1-dən etibarən isə sadəcə ölkədaxili deyil, həm də xaricdən ümrə və ibadət üçün gələnlər qəbul ediləcək. Bu mərhələdə Məscidül-Həram və Məscidül-Nəbi bütövlükdə ziyarətçilər üçün açılacaq.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1805

Bizim Telegram səhifəmizi izləyin