hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

UNİCEF Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərə niyə göz yumur?

UNİCEF Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərə niyə göz yumur?

“UNİCEF BMT-nin strukturuna daxil olan fondlardan biridir və BMT-nin ixtisaşlaşmış idarələrindən (məsələn, UNESCO) fərqli olaraq ayrıca beynəlxalq təşkilat statusu yoxdur.

Təəssüf doğuran budur ki, indiyədək bu fondun baş direktoru, nə də Azərbaycandakı nümayəndəliyi ermənilərin Azərbaycan uşaqlarına münasibətdə həyata keçirdiyi hərbi cinayətlərə və Ermənistanın öz uşaqlarını müharibəyə cəlb etməsinə ciddi bir münasibət bildirməyib”.

Cebhe.info xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınn rəhbəri Sahib Məmmədov deyib.

O qeyd edib ki, əslində bu fond BMT qurumları içərisində ən korrupsiyalaşmış strukturlarınandır və Ermənistan dövlətinə oxşar bir cəhəti də var: “Hər il bütün dünyaya fəryad edib milyonlarla ianə yığır və hara xərclədiyi də bəlli deyil. Qrant proqramları da tam korrupsiyalaşıb. Onların səmərəli layihələri olmur”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2476

Bizim Telegram səhifəmizi izləyin