hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Universitet binasında baş verən yanğın söndürüldü

Universitet binasında baş verən yanğın söndürüldü

Odessa Universitetinin İqtisadiyyat və sosial iş fakültəsində baş verən yanğın söndürülüb.

Cebhe.info xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata əsasən, yanğın nəticəsində 6 yanğınsöndürən daxil olmaqla, ümumilikdə 14 nəfər xəsarət alıb. 

İlkin məlumata görə, yanğın 6 mərtəbəli təhsil binasının 3-cü mərtəbəsində baş verib. Hadisə yerindən 40 nəfərin təxliyyə edildiyi bildirilir.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 815