hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Universitetin dosenti qətldə günahlandırılır

Universitetin dosenti qətldə günahlandırılır

Sankt-Peterburq universitetinin dosenti, hərbi mühəndis Oleq Sokolov qətldə günahlandırılır. 

Cebhe.info xəbər verir ki, 63 yaşlı Sokolov şənbə günü səhər saatlarında avtomobil yuma məntəqəsindən polis idarəsinə gətirilib. Onun bel çantasından tapança və iki kəsilmiş qadın qolu aşkar edilib. Onun evində də axtarış aparılıb. Bu zaman başı kəsilmiş və sifəti tanınmaz hala salınmış qadın cəsədi aşkara çıxıb. Məlum olub ki, bu dosentin keçmiş tələbəsi və sevgilisi Anastasiya Yeşenkonun cəsədidir. Qadın hələ 2008-ci ildə Sokolovun  onu döyməsi və boğmağa cəhd etməsi haqqında polisə şikayət edibmiş. 

Qeyd edək ki, Sokolov 1956-cı ildə Leninqradda anadan olub. Tarix elmləri namizədidir.

Aydın
Cebhe.info


Oxunma sayı: 1013