t Universitetlərdə izdihamlı mitinqlər - Tehranda
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Universitetlərdə izdihamlı mitinqlər - Tehranda

Universitetlərdə izdihamlı mitinqlər - Tehranda

İran liderlərinin sərnişinləri arasında çoxu iranlı Ukrayna təyyarəsini səhvən vurduğunu etiraf etməsindən sonra İranın İslamçı hökumətinə qarşı Tehranın dörd universitetində izdihamlı mitinqlər davam edir.

Amerikanın Səsinin əldə etdiyi videolarda çərşənbə axşamı Tehran Universiteti, Əmir Kəbir Texnologiya Universiteti, Şəhid Beheşti Universiteti və Tehran İncəsənət Universitetindəki etiraz aksiyalarında onlarla tələbənin hökumət əleyhinə şüarlar səsləndirdiyi nümayiş etdirilib. Amerikanın Səsi videoların orijinallığını müstəqil olaraq yoxlaya bilməyib.

İran polisinin dinc görünən nümayişlərdə hər hansı bir tələbəyə qarşı gücdən istifadə etdiyi barədə xəbər verilməyib.

İran rəsmilərinin yanvarın 8-də Ukraynanın beynəlxalq hava yollarına məxsus Kiyevə uçan Boeing-737 təyyarəsini Tehrandan havaya qalxdıqdan dərhal sonra vurduğunu etiraf etməsindən bəri Tehranda və digər şəhərlərdə etiraz aksiyaları keçirilir. İran liderləri əvvəlcə hərbi qüvvələrin 176 nəfər sərnişin və ekipaj üzvünün olduğu təyyarəni səhvən düşmən tərəfdən təhdid hesab edərək, vurub salmasından sonra qəzaya mexaniki problemlərin səbəb olduğunu deyirdi.

Ölənlərin arasında 82 iranlı və 57 kanadalı olub. Əksəriyyəti ikili vətəndaş olan iranlı tələbələr qış tətilindən sonra universitetlərdə təhsillərini davam etdirmək üçün Kiyevdən Kanadaya uçmalı idi.

Qərb xəbər agentliklərinin Tehrandakı jurnalistləri çərşənbə axşamı hökumət əleyhinə keçirilən nümayişlərdə Tehran Universitetinin 200-dən tələbəsinin iştirak etdiyini bildirib.

Videolardan birində tələbələrin Elm fakültəsinin yaxınlığında toplaşaraq "İstefa verin, istefa verin, səriştəsiz məmurlar" və "Biz bu qədər ədalətsizliyə qarşı səslənirik" şüarları səsləndirib.

Digər bir videoda isə universitetin Tibb fakültəsinin yaxınlığında toplaşan tələbələrin "Dövlət televiziyamız rüsvayçılıqdır" şüarını səsləndirdiyi nümayış etdirilib.

Cebhe.info


Oxunma sayı: 1299