hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

"Uranı 60 faiz zənginləşdirə bilərik" - Xamneyi

"Uranı 60 faiz zənginləşdirə bilərik" - Xamneyi

“Zərurət yaranarsa, İran uranın zənginləşdirilməsini əhəmiyyətli dərəcədə artıraraq 60 faiz səviyyəsinə çatdırmağa hazırdır”. Cebhe.info-nun məlumatına görə, İranın ali lideri Ayətullah Seyid Əli Xamneyi belə deyib.
“İran uran zənginləşdirilməsini 20 faizə qədər məhdudlaşdırmaqla dayanmayacaq. Dövlətin ehtiyaclarına uyğun olaraq zənginləşdirməni 60 faizə qədər artırmaq ehtimalı var”-Xamneyi belə deyib.
Eyni zamanda, o, İranın nüvə silahı istehsalına can atmadığını vurğulayıb.
Xatırladaq ki, İran yanvar ayından etibarən parlamentin qərarına uyğun olaraq uranın 20 faizə qədər zənginləşdirilməsinə başlayıb və bu addımı beynəlxalq sanksiyaların aradan qaldırılmasına kömək adlandırıb.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 452