hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Ürək xəstəliyindən necə qorunaq?

Ürək xəstəliyindən necə qorunaq?

İspaniyanın Rovira i Virgili Universiteti ilə ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri ürək xəstəliklərindən qorunmağın səmərəli üsulunu açıqlayıb.

Cebhe.info xəbər verir ki, alimlər müəyyən edib ki, balıqda və qida əlavələrində omeqa-3 və doymamış yağ turşuları ürək-damar xəstəlikləri riskini azaldır. Bu turşuların faydalı xassələri sayəsində ürək əzələsini möhkəmləndirmək olar.

Tədqiqatda 26 mindən çox qadın iştirak edib. Həmin şəxslərin orta yaşı 53-ə bərabər olub.

Məlum olub ki, balıq və omeqa-3 tərkibli qida əlavələrinin daha çox qidada istifadə olunması tərkibində triqliserid və xolesterin olan lipoproteinlərin azalmasına səbəb olur.

Cebhe.info


Oxunma sayı: 870