hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Uşağını öldürən türkiyəli ömürlük həbs cəzasına məhkum edilib

Uşağını öldürən türkiyəli ömürlük həbs cəzasına məhkum edilib

Bir günlük uşağını öldürüb zibilə atan qadına ömürlük həbs cəzası verilib.

Cebhe.info xəbər verir ki, Adıyamanda bir günlük uşağının ağzını dəsmalla bağlayıb, öldürən Fatma adlı şəxs Ağır Cinayətlər Məhkəməsinə aparılıb və ömürlük həbs cəzası tələb edilib.

Həyat yoldaşı həbsdə olan 2 uşaq anası Fatma adlı qadının mart ayında münasibətdə olduğu şəxsdən bir qızı dünyaya gəlib. Doğumdan sonra qızı ilə evinə qayıdan qadın uşağın ağzını dəsmalla bağlayaraq onu nəfəssiz saxlayıb. Uşağın öldüyünü görəndən sonra isə onu sellofana bükərək zibil qabına atıb.

Uşağının müayinəsi üçün xəstəxanaya çağırılan qadın getmədiyi üçün tibbi personal heyəti şübhələnib və polisə xəbər verib. Qadının evinə gedən polis orada uşaq tapmayıb və onu polis bölməsinə aparıb.

Polis bölməsinə aparılan qadın törətdiyi cinayəti boynuna alıb və qızını boğaraq öldürdüyünü deyib.

Polis qadının uşağın cəsədinin atıldığı ərazidə axtarış tədbirləri görsə də, meyit tapılmayıb. Qadın isə məhkəmə nəticəsində həbs edilib. Uşağını öldürən qadın ifadəsində əsəb xəstəliyi olduğunu, uşağını öldürdüyü ərəfədə əsəb pozğunluğu keçirdiyini, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1288