hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

"Uşaq pulu" da rəqabəti gözləyir: 14 ildir ki...

"Uşaq pulu" da rəqabəti gözləyir: 14 ildir ki...

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) “uşaq pulu” ilə bağlı Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqsədəuyğun hesab edir.

CESD-in rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov Azərbaycanda “Gəlir deklarasiyası haqqında” qanunun qəbul edilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb:

"Kimin varlı və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımdan da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya “uşaq pulu”nu ehtiyacı olan ailələri müəyyənləşdirməsi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun olaraq “uşaq pulu” formasında birbaşa ödəniş mümkündür. Bu həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacib hesab oluna bilər. 

Bu baxımdan, “uşaq pulu”nun bərpasında İtaliya modelinin tətbiq edilməsi, həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm də gəliri az olan ailələrin “uşaq pulu”ndan faydalanmasına imkan verəcək.

Qeyd edək ki, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir. CESD-nin ilkin qiymətləndirilmələrinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq".

Maraqlıdır, Azərbaycanda gəlir deklarasiyasının icrası mümkündürmü?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa isə əslində “Gəlir deklarasiyası haqqında” qanunun 2005-ci ildə qəbul edildiyini, icrasının isə bu günə qədər mümkün olmadığını və olmayacağını bildirib:

“Bu istiqamətdə cəmiyyətdə də müəyyən söhbətlər var. Qanunda da qəbul olunub ki, hər hansı bir şəkildə gəlir deklarasiyasının verilməsi qanunauyğun olmalıdır. Fikrimcə, gəlir deklarasiyasının tətbiqində problem yoxdur. Bu qanun 2005-ci ildə artıq tətbiq olunub. Əgər gəlir deklarasiyası verilmirsə, bunun günahı müəyyən dövlət qurumlarındadır ki, gəlir deklarasiyasını tələb eləmirlər. Əgər o olsa, problem də qalmaz. Qanunun icrası isə hazırda mümkün deyil, ona görə ki, icra etmirlər. Onun icrası da Nazirlər Kabinetinin öhdəliyindədir. İcrası gözlənilmir, əgər 14 il bu qanun icra olunmayıbsa, hələki haqqında nəsə demək çətindir. “Uşaq pulu” məsələsinin həllinə gəldikdə isə bu, Parlamentdə müzakirə olunmalıdır, hökumət buna müsbət yanaşmalıdır ki, məsələ öz həllini tapsın. Məsələnin Parlamentin gündəliyinə daxil olması isə hələki gözlənilmir”. 

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1343