hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Uşaq verilişlərində reklama məhdudiyyət QOYULUR

Uşaq verilişlərində reklama məhdudiyyət QOYULUR

Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olacaq.

Unikal.org xəbər verir ki,  bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik təklif edilir.

Belə ki, qanuna yeni 12.3 və 12.4-cü bəndlər əlavə edilir.

Yeni 12.3-cü bəndə görə, uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

12.4-cü bənddə isə qeyd edilib ki, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarında ( telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Cebhe.info


Oxunma sayı: 639