hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Uşaqlar üçün konsert keçiriləcək

Uşaqlar üçün konsert keçiriləcək

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası noyabrın 9-da paytaxtın ən böyük alış-veriş məkanlarından olan “Park Bulvar” AVM-də növbəti konsertini keçirəcək.

Teatrdan Cebhe.info-ya verilən məlumata görə, Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan konsertdə studiyanın vokalçı üzvlərinin ifalarında vətənpərvərlik mahnılarından ibarət zəngin proqram təqdim olunacaq.

“Park Bulvar” AVM ilə birgə təşkil olunan konsertin məqsədi uşaq və yeniyetmələrin bayrağa sevgisini artırmaq, bu xüsusi təqvimi yaddaqalan etməkdir.

2 saat davam edəcək konsertdə müxtəlif kompozisiyalar, məşhur nağıl və cizgi film qəhrəmanlarının kuklalarının şousu və tamaşaçılarla yarışmalar da təşkil olunacaq.

Qeyd edək ki, konsert saat 13:00-da başlanacaq, giriş sərbəstdir. 

Xatirə
Cebhe.info


Oxunma sayı: 419