hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Uşaqlara siqaret satan şəxs cərimələnib

Uşaqlara siqaret satan şəxs cərimələnib

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan mağazanın satıcısı cərimələnib.

Bu barədə Cebhe.info-ya Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının şəhər ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.

Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 540