hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Uşaqları mövsümü infeksiyalardan necə qorumaq olar? - Həkimdən çağırış

Uşaqları mövsümü infeksiyalardan necə qorumaq olar? - Həkimdən çağırış

Azərbaycanda uşaqlar arasında yeni yoluxucu xəstəlik yayılıb.

Belə ki, virusun əsas simptomları qızdırma və bəlğəmli öskürəkdən ibarətdir.

Məlumatlara görə, sözügedən virus yoluxucudur və daha çox 2-12 yaş arası uşaqlarda qeydə alınır. Sağalma müddəti isə dəyişkəndir. Bəzi uşaqlar 2-3 günə, bəziləri isə daha uzun müddətə sağala bilirlər.

Maraqlıdır, mövsüm dəyişikliyi ilə bağlı uşaqları infeksion xəstəliklərdən necə qoruyaq? Hazırda azyaşlı uşaqlar arasında yayılan virusla bağlı müraciətlər varmı?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan pediatr Vaqif Qarayev bildirib ki, sözügedən virusla bağlı müraciətlər var, amma bunu bu qədər ciddiləşdirmək düzgün deyil:

“Kütləvi xəstələnmə yoxdur. Virus tənəffüs sistemini zədələyən virusdur. Qızdırma, öskürək ilə müşahidə edilir. Lakin bir daha qeyd edim ki, virus kütləvi yayılmayıb.

Buna panika, həyəcanla yanaşmaq mənasızdır. Mövsümü xəstəliklər həmişəki kimi var. Bütün bu sadalanan simptomlar artıq mövsümü xəstəliklə əlaqədardır. Təkcə yay aylarında deyil, bütün il boyu uşaqlarda qızdırma 38 dərəcədən çox olduqda həkimə müraciət etmək lazımdır”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 837