hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Uşaqların hüquqlarının müdafiəsi, insan alveri və məişət zorakılığı – QHT missiyası

Uşaqların hüquqlarının müdafiəsi, insan alveri və məişət zorakılığı – QHT missiyası

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İçtimai Birliyi 2003-cü ildə yaradılıb və 2005-ci ildə qeydiyyata alınıb. 

Təşkilatın əsas missiyası qadınların hüquqlarının müdafiəsi, qadınların içtimai-siyasi həyatda aktivliyinin artırılması, qadınlara və onların ailələrinə dəstək, əliliyi olan insanlar, əsasəndə uşaqlara sosial xidmətlərin təşkilindən ibarətdir. Təşkilat Sumqayıt şəhəri və ona yaxın rayonlarda fəaliyyət göstərir.

Cebhe.info xəbər verir ki, təşkilat fəaliyyətə başladığı müddətdən indiyədək çox sayda layihələr həyata keçirib. Bu layihələr əsasən, qadın və uşaqların hüquqlarının müdafiəsi, insan alveri və məişət zorakılığının qarşısının alınması, əlil və xəstə uşaqlara müxtəlif yardımların göstərilməsinə yönəlib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə “Sumqayıt şəhəri və yaxın bolgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində Sumqayıt şəhəri ərazısində psixoloqların maarifləndirilməsi (seminar, təlim, və sənədləşmə işlərinin təkmilləşdirilməsi), məktəbdə davamiyyəti zəif və öyrənmə çətinliyi olan uşaqlarala fərdi işin təşkili, risk qrupuna daxil olan valideylərə uşaqları ilə birlikdə psixoloji, pedaqoji, hüquqi dəstək və fərdi inkişaf planlarının hazırlanması sahəsində dəstək göstərilir.
Sumqayıt şəhər təhsil şöbəsinin müdiri xanım Alızadə Arzunun təşəbbüsü ilə Sumqayıt şəhər Təhsil Şöbəsinin inspektoru Qəmbərov Səxavət, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İçtimai Birliyinin sədri xanım Zenfira Mustafayeva ilə birlikdə görüşlər keçirmiş və birgə fəaliyyət planı hazırlayıb.

Noyabrın 13-14-də məktəb psixoloqları üçün təlim keçirilməsi planlaşdırılır. Fəaliyyət planında 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumtəhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli əmrinizə və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqındakı” əmrdə əksini tapıb. 

Hazırda həyata keçirdiyimiz layihə çərçivəsində məktəblərdə valideynlər üçün uşaqların yaş, psixoloji və fizioloji xüsusiyyətlərinə dair maarifləndirmə tədbirləri təşkil olunması, valideynlərin məktəb həyatında, övladlarının təlim-tərbiyəsində yaxından iştirakı təmin edilməsi və məktəb-icma münasibətləri inkişaf etdirilməsi nəzərdə tutulur.
Cebhe.info


 


Oxunma sayı: 1365