hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

ÜST 31,3 milyard dollar istəyir: Koronavirus testi, müalicəsi və peyvəndi üçün

ÜST 31,3 milyard dollar istəyir: Koronavirus testi, müalicəsi və peyvəndi üçün

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi ilə fəaliyyət göstərən və yeni tip koronavirus epidemiyası ilə mübarizə məqsədil yaradılan koalisiya virusla mübarizə üçün lazım olan məbləği açıqlayıb. Təşkilatdan bildirilib ki, gələcək 12 ay ərzində COVID-19-un testi, müalicəsi və peyvəndi üçün 31.3 milyard dollara ehtiyac var.

Cebhe.info xəbər verir ki, bu məbləğin ancaq 3.4 milyard dolları indiyə qədər toplanıb.

ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesus bildirib ki, proses olduqca lənğ gedir:“COVID-19-u nəzarət altına almaq və həyatları xilas etmək üçün külli miqdarda vəsaitə, təsirli peyvəndə, diaqnostikaya və terapevtlərə ehtiyac var”.

Cebhe.info


Oxunma sayı: 6931