hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

ÜST artıq karantinin ləğvindən danışır: Dünya liderlərinə ÇAĞIRIŞ

ÜST artıq karantinin ləğvindən danışır: Dünya liderlərinə ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə Təşkiları koronavirus pandemiyasına görə dünya ölkələrində tətbiq edilən karatin rejiminin aradan qadırılması üçün şərtləri açıqlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə təşkilatın səhiyyə sahəsində fövqəladə vəziyyətlər proqramı üzrə direktoru Maykl Rayan deyib.

O bildirib ki, ölkələrdə tətbiq eidlən karantin rejimi infeksiyanın yayılmasının qarşısının alınmasında müsbət təsirini göstərib. Ancaq eyni zamanda ciddi iqtisadi nəticələrə gətirib çıxarıb.

Ekspert epidemiya yayılan ölkələrin liderlərini karantin rejimini eyni zamanda ləğv etməməyə çağırıb. Bildirib ki, bu, tədricən edilməli və səhiyyə sistemindəki vəziyyət analiz olunmalıdır.

M.Rayanın sözlərinə görə, karantin rejimləri tədricən götürülməli və paralel olaraq səhiyyə sistemi gücləndirilməlidir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 41724