hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

ÜST bu gün təcili toplaşır: Peyvəndlər yeni ştammı “öldürmür”

ÜST bu gün təcili toplaşır: Peyvəndlər yeni ştammı “öldürmür”

Peyvəndlər koronavirusun Cənubi Afrikada müəyyən edilmiş yeni bir ştamma qarşı daha az təsirli ola bilər.

Cebhe.info xəbər verir ki, bunu Britaniya Səhiyyə Nazirliyinin rəhbəri Sacid Cavid bildirib.

“Reuters”-in məlumatına görə, Cavid yeni ştammdakı mutasiyaların sayının bütün dünyanı bürümüş “Delta” mutasiyalarının sayından iki dəfə çox ola biləcəyini vurğulayıb. Britaniyalı ekspertlərin fikrincə, bu, yeni B.1.1.529 ştamının yüksək yoluxucu olduğunu göstərir. Nəticədə, mövcud COVID-19 vaksinləri daha az təsirli ola bilər.

Öz növbəsində, Avropa Molekulyar Biologiya Laboratoriyasının baş direktorunun müavini Even Birney bildirib ki, ilk tədqiqat məlumatlarına əsasən, yeni ştamm həyəcan üçün ciddi səbəbdir. O əlavə edib ki, bu variant “Alfa” və “Delta” qədər böyük təhlükə yaratmır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un potensial təhlükəsi ilə əlaqədar bu gün fövqəladə iclas çağırıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1002