hava haqqindaBakı
Bu gün +1 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0657
  • NEFT - 67.03
  • clouds-weather

ÜST-dən həm yaxşı, həm də pis xəbər: 6 həftədir yoluxma və ölüm azalır, ancaq…

ÜST-dən həm yaxşı, həm də pis xəbər: 6 həftədir yoluxma və ölüm azalır, ancaq…

Dünyada COVID-19-a yoluxma halları artıq 112 milyon nəfərə çatsa da, qurbanların sayı azalır. Ancaq bununla yanaşı virusun mutasiyasının tapıldığı ölkələrin sayında artım var.

Cebhe.info xəbər verir ki, məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Bildirilib ki, dünyada yeni yoluxma hallarının sayı ardıcıl altı həftədir azalır. Ötən həftə koronavirusa 2.4 milyon yoluxma qeydə alınıb ki, bu da ondan əvvəlki həftə ilə müqayisədə 11 faiz azalma deməkdir. Ölüm hallarının sayında da ardıcıl üç həftədir azalma müşahidə olunur. Ötən həftə təxminən 66 min ölüm qeydə alınıb ki, bu da əvvəlki həftədən 20 faiz azdır.

Mutasiyanın yayıldığı ölkələrin sayında isə azalma var. Britaniya ştammı dünyanın 101, Cənubi Afrika ştammı 51, Braziliya ştammı isə 29 ölkəsində tapılıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1321