hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

ÜST-dən xəbərdarlıq: Elektron siqaret çəkməyin, yoxsa...

ÜST-dən xəbərdarlıq: Elektron siqaret çəkməyin, yoxsa...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretlərin yayılmasını məhdudlaşdırmağa çağırıb.

Xüsusilə bu cür məhsulların sağlamlığa zərərləri barədə məlumat verən etiketləməni də nəzərə alıb.

Cebhe.info xəbər verir ki, təşkilatın tütünün zərərləri barədə hazırladığı hesabatda buna yer ayrılıb. Hesabatda deyilir ki, istehsalçılar cəlbedici dad və ətirlərə malik elektron siqaretlər təqdim edərək gənc auditoriyanı hədəf alırlar. ÜST bu məhsullardan istifadə edən uşaqların və gənclərin gələcəkdə tütün məhsullarından üçqat daha çox istifadə etməsindən narahatdır. Təşkilat dünya dövlətlərinin hökumətlərinə tütün istifadəsinə son qoyma qaydalarını tətbiqini tövsiyə edib.

ÜST elektron siqaretlər üçün adi siqaretlərlə eyni məhdudlaşdırıcı siyasət təklif edib. Buraya xüsusən də qablaşdırma üçün xəbərdarlıq etiketlərinin və şəkillərin tətbiq edilməsi daxildir.

Qeyd edilib ki, tütün sənayesi ÜST-ə görə siqaretlə mübarizə üçün tədbirləri pozmağa davam edir. Bildirək ki, elektron siqaretlərin satışı hazırda dünyanın 32 ölkəsi tərəfindən qadağan edilib, 72 ölkədə isə məhdudlaşdırıcı tədbirlər görülüb, məsələn, ictimai yerlərdə bu cür siqaret çəkmək qadağan edilib.

ÜST-nin hesablamalarına görə, dünyada siqaret çəkənlərin ümumi sayı yüksək - təxminən 1 milyard nəfər olaraq qalır.

Xatırladaq ki, tütün ildə 8 milyon insanın ölüm səbəbidir.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 628