hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

ÜST-dən yeni qərar: Beynəlxalq fövqəladə vəziyyət rejimi uzadıldı- MÜDDƏT

ÜST-dən yeni qərar: Beynəlxalq fövqəladə vəziyyət rejimi uzadıldı- MÜDDƏT

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb. Bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə Komitəsinin Cenevrədə keçirilmiş müşavirəsinin yekununda qərar qəbul olunub.

Cebhe.info xəbər verir ki, komitə beynəlxalq narahatlığa səbəb olan COVID-19 pandemiyanın hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaratdığına dair qərar qəbul edib. Qərar yekdilliklə qəbul olunub.

Komitə bu rejimin uzadılması ilə bağlı tövsiyəsini ÜST-ün baş direktoru Tedros Adan Qebreyesusa təqdim edib, O, qərarla razılaşıb və qərar təsdiqlənib

Qərara əsasən, Fövqəladə Vəziyyət üzrə Komitəsi baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq.

Xəzər

Cebhe.info


Oxunma sayı: 9516