hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

ÜST direktorundan İlham Əliyevə müraciət: "Liderliyinizə görə sizə təşəkkür edirəm"

ÜST direktorundan İlham Əliyevə müraciət: "Liderliyinizə görə sizə təşəkkür edirəm"

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus vaksinlərin ədalətli paylanması ilə bağlı çağırışa görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Cebhe.info xəbər verir ki, ÜST direktoru bu barədə öz "Tvitter" hesabında yazıb:

“Prezident Əliyev, BMT-nin İnsan Hüquqları Şurasında ədalətli, əlverişli, vaxtında və universal şəkildə “COVID-19” peyvəndlərinə çıxışın əldə olunması ilə bağlı çağırışdakı liderliyinizə görə sizə təşəkkür edirəm. Razıyam ki, biz vaksinlərin ədalətli paylanmasını təmin etmək üçün daha çox iş görməliyik. Birlikdə peyvənd və sağlamlıq təminatı üçün".

Cebhe.info


Oxunma sayı: 848