hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ÜST koronavirusa qarşı peyvəndin hazır olacağı vaxtı açıqladı

ÜST koronavirusa qarşı peyvəndin hazır olacağı vaxtı açıqladı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözüçüsü Fadela Çayib yeni növ koronavirus üçün 191 peyvənd nümunəsinin olduğunu və bunların onunun faz 3 sınaq mərhələsinin davam etdiyini açıqlayıb.

Cebhe.info xəbər verir ki, sentyabr 28-dən etibarən ÜST 191 peyvənd nümunəsi olduğunu bunlardan 151-nin sınaq mərhələsindən öncə hazırlıq prosesində olduğunu bildirib.

F. Çayib bildirib ki, 10-u faz 3 sınaq mərhələsində olmaq üzrə 40 peyvənd nümunəsinin klinikada sınaq prosesi davam edir:

"Lakin peyvənd nümunələrindən hansının güvənli və təsirli olacağını bilmirik. Faz 3 sınaq mərhələsi bitdikdən sonra dəqiq biləcəyik. 2021-ci ilin ilk aylarında faz 3 sınaq mərhələsinin nəticələrini alacağıq. 2021-ci ilin ortalarında peyvənd ümumi istifadə üçün hazır olacaq. İlk ərəfələrdə məhdud sayıda peyvənd hazırlanacaq və yalnız yoluxma sayının çox olduğu ölkələrdə istifadəyə verilməsinə üstünlük veriləcək".

F. Çayib qeyd edib ki, peyvəndi yaşlı nəsil üçün daha faydalı olacaq:

"Peyvənd gənc nəsillə müqayisədə yaşlı nəsilə daha yaxşı və tez təsir edəcək. Hamilələr və uşaqlar üçün isə daha etibarlı peyvəndlər hazırlamağa çalışırıq".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1387

Bizim Telegram səhifəmizi izləyin