hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

ÜST pandemiyalara qarşı qlobal xəbərdarlıq mərkəzi yaratdi

ÜST pandemiyalara qarşı qlobal xəbərdarlıq mərkəzi yaratdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcəkdə baş verə biləcək pandemiyaların qarşısının alınması məqsədilə qlobal xəbərdarlıq mərkəzi yaradıb.

Unikal.org xəbər verir ki, Epidemioloji İntellekt üzrə ÜST-Mərkəzi Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərəcək epidemioloji proseslərin izlənməsi, məlumatların toplanması və dəyərləndirilməsi üzrə qlobal mərkəz olacaq. ÜST rəhbəri Tedros Qebreyesus bildirib ki, koronavirus pandemiyası böyük məlumat boşluğu olduğunu göstərdi və gələcəkdə bütün ölkələr barəsində toplanacaq məlumatlar risklərin qarşısının alınmasına töhfə verəcəkdir. Pandemiyadan çıxarılan nəticələrdən biri də ondan ibarətdir ki, gələcəkdə bu sahədə süni intellekt kimi müasir yüksək texnologiyalar, müxtəlif məlumat mənbələrinin inteqrasiyası və fərqli elm sahələri arasında sıx əməkdaşlıq inkişaf etdirilməlidir.

Berlində fəaliyyət göstərəcək mərkəz dünyanın müxtəlif ölkələrindəki tərəfdaşların təqdim etdiyi məlumatları toplayıb onların analizini aparacaq. Toplanmış məlumatlar əsasında yaradılan modellər sayəsində gələcəkdə epidemioloji proseslərin proqnozu, qarşısının alınması, risklərə qarşı hazırlıq və onların identifikasiyası həyata keçiriləcək.

Cebhe.info


Oxunma sayı: 727