hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

ÜST rəhbəri: "Bu vəziyyət uzun müddət davam edəcək"

ÜST rəhbəri: "Bu vəziyyət uzun müddət davam edəcək"

Ümumdünya Səhiyyə Təşkilatı ölkələri virusla mübarizədə beynəlxalq həmrəyliyə səsləyib.

Qurumun məlumatında bildirilib ki, artıq iki simvolik həddə keçib: 10 milyondan çox insan yoluxub, 500 mindən yuxarı viruslu xəstə vəfat edib.

Cebhe.info AzərTAc-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus virusun yayılma sürətinin artdığına diqqəti çəkərək prosesin davam edəcəyini deyib:

"Bəzi ölkələr öz iqtisadiyyatlarını bərpa etmək və ictimai həyata qayıtmaq ərəfəsində yüksək yoluxma halları ilə üzləşib. Biz bu vəziyyətin başa çatmasını, qaldığımız yerdən həyatımıza davam etmək istəyirik. Lakin acı reallıq budur ki, bu vəziyyət hələ uzun müddət davam edəcək".

Cebhe.info


Oxunma sayı: 1090