hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

ÜST-ün “Sputnik V” vaksini bərədə qərar verəcəyi tarix açıqlanıb

ÜST-ün “Sputnik V” vaksini bərədə qərar verəcəyi tarix açıqlanıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Rusiyanın yeni növ koronavirusa (COVID-19) qarşı “Sputnik V” vaksininin təcili tətbiqinin tövsiyə olunan peyvəndlər sırasına daxil edilməsi üçün qiymətləndirməni iyunun sonları, iyul ayında apara bilərlər.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ÜST-ün Baş direktorunun köməkçisi Mariancela Simao bildirib.

M. Simao deyib ki, ekspertlər “Sputnik V” vaksininin Rusiyada istehsal və klinik praktikasını öyrənəcək: “Bizim əlimizdə vaksin barədə tam hesabat, o cümlədən vaksinin etibarlı şəkildə istehsalı və istehsal praktikası barədə məlumatlar olan zaman bu, texniki ekspert qrupu tərəfindən qiymətləndirilə bilər. Biz bunu ən tezi iyunun sonu, yaxud iyulda gözləyirik”.

Cebhe.info


Oxunma sayı: 771