hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ÜST xəbərdarlıq etdi: Koronavirus on illərlə davam edəcək

ÜST xəbərdarlıq etdi: Koronavirus on illərlə davam edəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın son altı ayını nəzərdən keçirib və COVID-19-un təsirinin on illərlə davam edəcəyini bildirib.

Cebhe.info xəbər verir ki, dünyada son 24 saatda qeydə alınan ümumi yoluxma sayı 292 527-dir.

Ötən gün isə gündəlik koronavirusa yoluxma hallarının sayında rekord artım olub.

İnfeksiyaya ən çox yoluxma halı ABŞ, Braziliya, Hindistan və Cənubi Afrikada müşahidə edilib. Bu dörd ölkədə artan ümumi itki sayı 6.812 nəfər təşkil edib.

ÜST-ün məlumatlarına görə, iyul ayında itkilərin orta hesabla sayı 5200 nəfər olub. İyunda ortalama itki sayı isə 4600 idi.

COVID-19 səbəbilə ən çox itki verən ölkə 152 074 ölümlə ABŞ, ən çox itki verən ikinci ölkə isə 91 263 ölümlə Braziliyadır.

Naibə
Cebhe.info


Oxunma sayı: 1222