hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Üç uşaq anasını öldürən ər məhkəmədə ifadə verdi

Üç uşaq anasını öldürən ər məhkəmədə ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Ağsu rayon sakini, 37 yaşlı Fərhad Abışovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilib və törətdiyi əməlindən peşman olduğunu deyib. İfadəsində üç övlad atası olduğunu, Kəmalə Mikayılova ilə münasibət qurduğuna görə ailəsi dağıldığını göstərib. Hadisə baş verən gün K.Mikayılova ayrılmaq istədiyini söylədiyinə görə aralarında mübahisə yaranıb, onu bıçaqlayıb. Məhkəmə prosesi sentyabrın 17-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi bu ilin iyununda paytaxtın Səbail rayonunda baş verib. F.Abışov qısqanclıq zəmindən qeyri-rəsmi münasibətdə olduğu 38 yaşlı Kəmalə Mikayılovanı bıçaqlayıb. Qadın hadisə yerində ölüb. F. Abışov hadisədən sonra qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. F.Abışovla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. F.Abışova qarşı Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Cebhe.info


Oxunma sayı: 507